Menyu

Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı ilə bağlı əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı ilə bağlı əməkdaşlıq protokolu imzalanıb

“İçəriçəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistanın Xarəzm vilayəti hökümətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti və həmin ölkənin Azərbaycandakı səfiri Baxrom Aşrafxanovu qəbul edib.

Bu barədə "Operativ Media" ya İdarədən məlumat verilib.

Görüşün əsas məqsədi "İçərişəhər” DTMQ və “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol”un imzalanmasıdır.

Protokol “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanıb.

Daha sonra qonaqların Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olması üçün ekskursiya təşkil edilib.

Qeyd edək ki, imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi, bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər