05 Dekabr 2023, 10:30
Əziz Ələkbərli: “Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur“
Əziz Ələkbərli: “Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur“ şəkil
Əziz Ələkbərli: “Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur“

"Ermənistanın etnik təmizləmə siyasəti nəticəsidə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb".

"Operativ Media" xəbər verir ki, bunu "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda Beynəlxalq Konfransın açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Dr. Əziz Ələkbərli bildirib.

O, qeyd edib ki, Ermənistan qəbristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədli şəkildə məhv edib:

"Ermənistan hökuməti Azərbaycan mədəni irsinin qiymətləndirilməsi məqsədilə UNESCO-nun missiyasının Ermənistana göndərilməsinə imkan vermir".

“Biz Ermənistandakı müqəddəs yerlərimizi ziyarət edə bilməyimizə yardım etmək xahişi ilə dinlərarası dialoqun sadiq müdafiəçisi olan Papa Həzrətləri Fransiskə müraciət göndərmişik. Bundan əvvəl isə biz oxşar xahişlə Avropa İttifaqına (Aİ) müraciət etmişdik. Təəssüf ki, Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib", - qeyd edib.

Nərmin Qocamanova

Son xəbərlər
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Aİ Rusiya qazının kranını həmişəlik bağlayacaq