http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Elektrikli avtomobillərin şarj problemi aktuallığını qoruyur” - Ekspert

05 Dekabr 2023 , 14:01
“Elektrikli avtomobillərin şarj problemi aktuallığını qoruyur” - Ekspert

Dünyada ekoloji təmiz avtomobillərin istehsalı tendensiyası davam edir. Azərbaycanda da elektrikli avtomobillərin sayı hər ötən gün daha da çoxalır. Xüsusilə, istismar müddəti 10 ili keçmiş köhnə avtomobillərin ölkəyə idxalının qadağası qərarı qüvvəyə minəndən sonra istehlakçıların bu tip avtomobillərə marağı daha da artacaq. 

Elektrikli avtomobil istifadəçilərini maraqlandıran əsas məqam isə ölkəmizdə bu avtomobillərin şarj infrastrukturunun hansı səviyyədə olması ilə bağlıdır. Sürücülər istənilən yerdə avtomobillərini rahatlıqla şarj edə bilirlər?

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Operativ Media”ya bildirib ki, Azərbaycanda elektrik avtomobillərə marağın get-gedə artmasının səbəbi yanacağın qiymətinin bahalaşmasıdır.

Avtoekspert: “Kuryer xidməti göstərən şəxslərə ciddi nəzarət olunmalıdır” -  Busaat.az

Onun sözlərinə görə, yanacağın keyfiyyətinin aşağı düşməsi məsələsi də burada rol oynayır:

“Yanacağın tərkibinə müxtəlif qatqılar qata bilirlər ki, bu da onun keyfiyyətinə təsir göstərir. Amma, elektrik enerjisinə hər hansı bir təsir mümkün deyil. Burada həm də qənaət və komfort məsələsi var, bu da insanların bu növ avtomobillərə daha da marağını artırır. Sadəcə olaraq Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Yol hərəkəti təhlükəsinə dair Dövlət Proqramı”nda nəzərdə tutulan işlər tam icra olunmadığına görə, elektrik avtomobillər üçün şarj olunma məntəqələri, elektrikdoldurma məntəqələri xeyli azdır. Cüzi bir say göstərmək olar, ancaq bu, belə olmalı deyil”. 

Ekspert hesab edir ki, burada benzin mafiyasının müəyyən qədər marağı var:
“Yanacaq mafiyası, necə ki, dünyada hegemonluq edir. Neçə illər əvvəl elektrikli avtomobillərinin layihəsi hazır olsa da, benzin mafiyası bu layihənin üzə çıxmasının qarşısını alıb. Yanacaqdoldurma məntəqələrinin ərazisində kifayət qədər yerlər var. Bu yerlərdə elektrikdoldurma stansiyaları yaratmaq lazımdır, bunun üçün tapşırıq və göstəriş olmalıdır. Bu istiqamətdə işlər görülsə, müəyyən dəyişikliklər baş verəcək. Əks halda istifadəçilər rahatlıqla şarj məntəqəsi tapa bilməyəcək”.

E. Muradlı qeyd edib ki, insanlar elektrik avtomobillərini adətən Bakıda və yaxud mərkəz şəhərlərdə, rayonlarda sürmək üçün alırlar, amma bölgələrə, kəndlərə, turistik zonalara gedəndə isə problem yaranır.

“Əksinə, elə kəndlərdən, bölgələrdən, turizm zonalarından başlamaq lazımdır ki, insanlar rahat şəkildə bu avtomobillərlə səyahət etsinlər. Eyni zamanda turizm bölgələrində avtomobillərin ixrac etdiyi zəhərli qazlar insanları boğmasın. Böyük layihələr işləmək lazımdır. İnsanları stimullaşdırmışıq, təbliğat aparmışıq, maraq yaranıb və artıq bu növ avtomobilləri alırlar. Bəs bunların gələcəkdə servis xidməti, usta personalı, elektrikdoldurma yerləri barədə nə düşünülür? Bu sualın cavabı hələ də açıqdır”.

 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu