http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekspert: "Aksiz vergilərinin artırılması qiymətləri artıran faktordur"

05 Dekabr 2023 , 16:58
Ekspert: "Aksiz vergilərinin artırılması qiymətləri artıran faktordur"

"Rüsumların artırılması, aksiz vergilərinin artırılması qiymətləri artıran faktordur".

Bunu "Operativ Media"ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Xalid Kərimli mütəmadi olaraq spirtli içkilərin və tütün məhsullarının qiymətinin artırılmasl məsələsinə də aydınlıq gətirib.

"Bu aksizlər, gömrük rüsumları, əlavə dəyər vergisi dolayı vergilərdir və bunların ödəyiciləri vətəndaşlar, son istehlakçılardır. Aksiz vergiləri xüsusi məhsullara tətbiq edilir. Burada əsas məqsəd həm istehlakı məhdudlaşdırmaqdır, həm də eyni zamanda dövlət büdcəsinin gəlirlərinin təmin edilməsidir. Dövlət mütəmadi olaraq spirtli içkilərə, tütün məhsullarına aksiz vergilərini artırır. Burada məqsəd həmin məhsulları alan şəxslər üçün məhsulların bahalaşdırılmasıdır. Eyni zamanda düşünürlər ki bu lüks istehlakdır-o qədər zəruri olmayan istehlakdır, insan orqanizminə ziyanlıdır və bu istehlakı özünə rəva bilən şəxslər cəmiyyətin xeyrinə daha çox pul ödəsinlər".

İqtisadçı ekspertin sözlərinə görə, aksiz vergisinin artırılmasının qiymətə təsiri ən qısa zamanda hiss ediləcək.

"Qiymətlərə, rüsumların artırılmasına baxanda görürük ki, elektron siqaretlərə, qəlyanlara daha çox rüsum artırılıb, 1 ədədi üçün 25 qəpikdən 2 manata kimi aksiz vergisi artırılıb. Bu o deməkdir ki, ən azından bu məhsulların qiyməti 1.50 manat 2 manat arası bahalaşacaq. Çünki vergilər bunlara artırılıb. Spirtli içkilərə, digər siqaret növlərinə gələndə isə burada artımlar təbii ki, var, amma çox cuzi artımlardır. Əvvəlki illərdə müqayisədə 2024-cü ildə məhsulların qiymətində 1-2% həcmində kiçik dəyişikliklər ola bilər. Bu da qiymətlərin məhsula görə 10-15 qəpik bahalaşmasıdır. Ola bilsin ki sahibkarlar öz məhsul çeşidləri siyasətinə uyğun olaraq, öz qiymət siyasətinə uyğun olaraq müxtəlif cür tənzimləyə bilərlər. Hansısa bir məhsulu daha çox bahalaşdıra bilərlər, hansısa məhsulun isə qiymətin dəyişməyə bilərlər. Sahibkarlar araq, siqaret kimi məhsulları qiyməti özləri sərbəst müəyyənləşdirdiklərinə görə istədikləri kimi qiymət qoya bilərlər. Öz mənfəət marjalarına görə və siyasətlərinə, rəqib məhsullarına uyğun olaraq müəyyən addımlar ata bilərlər. Ümumi şəkildə sahibkarlar bu məhsulları satdığına görə rüsumu artır, bu da son qiymətlərə təsir göstərəcək".

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu