Menyu

Lökbatanda avtomobil qadını vuraraq öldürüb

Lökbatanda avtomobil qadını vuraraq öldürüb
1 dəq oxu

Bakı-Qazax magistralının 10-cu kilometrliyində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qəhrəmanov Kamran Oruc oğlunun idarə etdiyi avtomobil qadın piyadanı vurub.

"Operativ Media" xəbər verir ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.

Qadının kimliyi məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Əlaqəli Xəbərlər