Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
"Operativ Media" xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Bildirilib ki, təkcə noyabr ayında isə qeyri-neft məhsullarının ixracı 321,85 milyon dolları təşkil edib. Bu, əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 047,67 milyon ABŞ dollarına bərabər olub.






