AYNA parklanmaya mane olan sahibkarlara xəbərdarlıq edib
Redaksiya
Bakıda bir sıra küçələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni parklanma xəttləri çəkilib. Həmin küçələrdə isə müvafiq olaraq parklanma qiymətləri və digər məlumatlar əks olunan lövhələr quraşdırılıb.
Lakin bəzi küçələrdə bu xəttlər hansısa obyektin qarşısına düşdüyü üçün sahibkarlar təkər, boş su qabları və.s istifadə etməklə obyektin qarşısında parklanmanı məhdudlaşdırmağa çalışırlar.
Mövzu ilə bağlı "Operativ Media"nın sorğusuna cavab olaraq AYNA-dan bildirilib ki, avtomobil yollarının kənarında nəqliyyat vasitələrinin parklanması üçün təşkil olunan yerlərin, eləcə də yolun hərəkət hissəsinin müxətlif vasitələrdən istifadə etməklə kustar üsullarla məhdudlaşdırılması qadağandır. Bu cür hərəkətlər inzibati məsuliyyət yaradan haldır.
"Mütəmadi olaraq tərəfimizdən bu cür qanuna zidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür"-deyə bildirilib.
Teqlər:
"AYNA parklanmaya mane olan sahibkarlara x\u0259b\u0259rdarl\u0131q edib"