http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir

06 Dekabr 2023 , 18:34
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dekabrın 6-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şəhərlərin dirçəlişi: Böhrandan sonra ekoloji bərpa” mövzusunda xüsusi sessiya təşkil edilib.

"Operativ Media" xəbər verir ki, sessiyada Komitə sədrinin müşaviri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi v.i.e Read Qasımov, şəhər innovasiyası və şəhər iqlimi ilə bağlı beynəlxalq nəşrlərin müəllifi, Sürix şəhər hökumətinin iqlim elçisi Dunya Kovari-Binggeli, BMT-nin Məskunlaşma Proqramının məsləhətçisi Naomi Hugervorst geniş təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası, ekoloji problemlərin həlli prosesində müasir yanaşmaların tətbiqi, Bakı şəhərinin Baş planının hansı prinsiplər əsasında olacağı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış prosesi, beynəlxalq əməkdaşlıq, vahid şəhərsalma və memarlıq siyasətinin formalaşdırılması və həyata keçirilməsi, həmçinin digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 07:53

    Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
  • 06:53

    Cəlal Hüseynov oynadı, komandası heç-heçə etdi
  • 06:39

    Polşada Rusiyanın sifarişi təxribatda şübhəli bilinən şəxslər həbs edilib
  • 06:26

    ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib
  • 05:49

    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
  • 05:40

    Yaponiya sahillərində 6 maqnitudalı zəlzələ olub
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Menyu