Menyu

Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB 3

Nərmin Qocamanlı
Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB 3

Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 70-km-dir.

***

09:45

Hazırda zəif afterşoklar qeydə alınır.

"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

08:45

Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ baş verib.

RSXM-dən "Operativ Media"ya verilən məlumata görə, zəlzələ yerli vaxtla 08:16-da, 68 km dərinlikdə qeydə alınıb.

***

08:19

Azərbaycanda 5 maqnitudalı zəlzələ baş verib, Bakıda hiss edilib.

RSXM-nin yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 08:15-də qeydə alınıb.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər