Türkiyənin "Baykar" şirkəti 2025-ci ildə kosmosa peyk göndərməyi planlaşdırır
Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin "Baykar" şirkəti 2025-ci ildə ilk peykini kosmosa göndərməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Səlcuq Bayraktar bildirib.
"Kosmik təşəbbüsümüz üzərində işlər artıq 1,5 ildir ki, davam edir. Biz hamının getdiyi yerə getmirik, biz gələcəyi gözləyirik və bu gün o gələcək üçün yarışmağa hazırlaşırıq. Biz aşağı orbitli komanda peykləri və orbital peyklər üzərində işləyirik. 2025-ci ildə ilk peykimizi kosmosa göndərəcəyik”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, şirkət qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk hazırlayacaq:
"Biz həmçinin kosmik texnologiyada orbital nəqliyyat vasitələri üzərində işləyirik".
Nərmin Qocamanova