http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub

07 Dekabr 2023 , 13:56
İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub

Alimlər ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə etməyə müvəffəq olub.

Bu barədə "Operativ Media" Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Tədqiq olunan massiv HH 1177 ulduzu Yerdən 160 000 işıq ili məsafədə, Böyük Magellan Buludunda yerləşir. 15 Günəş kütləsinə malik ulduzun tədqiqinə 2019-cu ildən Avropa Cənub Rəsədxanasında (ESO) VLT (Very Large Telescope) MUSE (Multi Unit Spectroscopic Explorer) qurğusu vasitəsilə alınmış materiallarla başlanıb. Daha sonra obyekt ALMA (Atacama Large Millimeter/submillimeter Array) vasitəsilə yenidən müşahidə olunub və ulduzun protoplanet diskinə malik olması təsdiqlənib.

Bildirilib ki, yeni doğulmuş ulduz, ətrafındakı qaz və tozu cəzb etməyə davam edir. Qravitasiya qüvvəsinin təsiri altında isə həmin qaz və toz, ulduzun ətrafında akresiya diski formalaşdırır. HH 1177 kimi massiv ulduzların həyatı Günəş tipli ulduzlarla müqayisədə çox qısa olduğundan bu tip ulduzların təkamülünün ilkin mərhələsinin müşahidəsi nadir hadisədir. Bizim qalaktikada ulduz və protoplanet diskinin öz formalaşdığı maddə ilə əhatə olunması onun müşahidəsini çətinləşdirir. Lakin Böyük Magellan Buludunda ulduzların əmələ gəldiyi material Süd Yolundan fərqlidir. Belə ki, N180 ulduzəmələgəlmə bölgəsində tozun miqdarı az olduğundan, HH 1177 örtüklə əhatələnməyib və o, uzaqda yerləşməsinə baxmayaraq protoplanet diski aydın müşahidə olunur.

 

Tədqiqat qrupu ulduzdan püskürülən jetləri qeydə alıblar, bu isə akresiya diskinin mövcudluğunun əlamətidir. Bunu təsdiq etmək üçün alimlər ulduzun ətrafında hərəkət edən sıxlaşmış qazın sürətinin istiqamətdən asılı olaraq dəyişməsini ölçüblər. Çünki sürət fərqi astronomlara ulduzun ətrafında diskin əmələ gəlib-gəlmədiyini müəyyən etməyə imkan verir. Bu kəşf alimlərə ulduz-planet sisteminin necə formalaşdığını təhlil etmək üçün əvəzsiz tapıntıdır.

Qeyd edək ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

OXŞAR XƏBƏRLƏR
Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Uşaq qidaları niyə kəskin bahalaşıb?

Uşaq qidaları niyə kəskin bahalaşıb?

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu