http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 50 faizə yaxın artıb

07 Dekabr 2023 , 15:24
Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 50 faizə yaxın artıb

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində həyata keçirdiyi yeniliklər müzakirə olunub.

ADY-dən "Operativ Media"ya bildirilib ki, sədr Rövşən Rüstəmov ölkəmizin genişlənməkdə olan nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmir yolu nəqliyyatı ilə yük daşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. Qeyd edib ki, cari ildə Çin ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub. Belə ki, idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549 faiz, ixrac daşımalarda isə 331 faiz artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşımaları, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində məhsuldar müzakirələr aparılıb. Belə ki, hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanıb və tranzitin artırılmasına imkan yaradılıb.

ADY-də yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək məqsədilə marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün “ADY Smart” proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi məsqədilə tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
Menyu