AMB sədri Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri ilə görüşüb

Nərmin Qocamanlı
AMB sədri Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri ilə görüşüb

"Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə bu gün görüşdük".

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X"də bildirib.

"Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında mövcud əməkdaşlıq imkanlarını, o cümlədən hər iki ölkənin bank və maliyyə sistemləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik", T. Kazımov qeyd edib.

Nərmin Qocamanova

Digər xəbərlər