Menyu

Prezident Pirallahıda avtomobil yollarının əsaslı təmirinə 300 min manat ayırdı

Nərmin Qocamanlı
Prezident Pirallahıda avtomobil yollarının əsaslı təmirinə 300 min manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

"Operativ Media" ” xəbər verir ki, Sərəncamda deyilir:

“1. Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 300,0 (üç yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

Teqlər:

"Prezident Pirallah\u0131da avtomobil yollar\u0131n\u0131n \u0259sasl\u0131 t\u0259mirin\u0259 300 min manat ay\u0131rd\u0131"

Əlaqəli Xəbərlər