http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanla Çin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq edə bilər

08 Dekabr 2023 , 21:08
Azərbaycanla Çin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq edə bilər

Azərbaycan Çin şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə edib.

Bu barədə "Operativ Media"ya Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, energetika naziri Pərviz Şahbazov “China Energy” şirkətinin prezidenti Çiao Subinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla Çin arasında dostluq münasibətlərinin enerji əməkdaşlığı üzrə inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, bu ilin iyun ayında Energetika Nazirliyi ilə “China Gezhouba Group” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. “Yaşıl enerji”nin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu vurğulanaraq daxili istehlak və ixrac məqsədli külək və günəş enerjisi üzrə istehsal güclərinin, həmçinin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin yaradılmasından bəhs edilib. Bildirilib ki, bu layihələr bərpa olunan enerji sahəsində geniş əməkdaşlığı təşviq edir və ölkəmiz Çin şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığının qurulmasında maraqlıdır.

Müzakirələr zamanı “China Energy” şirkəti ilə enerji saxlanc sistemləri, “yaşıl hidrogen”in istehsalı və ixracı, qabaqcıl ötürücü və paylayıcı şəbəkə texnologiyaları və digər prioritet istiqamətlər üzrə birgə əməkdaşlıq imkanları dəyərləndirilib. Müəyyənləşdirilən layihələrlə bağlı fəaliyyətin sürətləndirilməsi tövsiyə edilib.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu