Menyu

Bakıda dördmərtəbəli mebel salonunda yanğın olub

Bakıda dördmərtəbəli mebel salonunda yanğın olub
1 dəq oxu

Bakıda mebel salonunda yanğın olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1880 m² (hər mərtəbəsi 470 m²) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 m² sahədə yığılan yumşaq mebel dəsti yanıb.

Mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər