Menyu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media" ya bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər