09 Dekabr 2023, 12:36
DYP hava ilə əlaqədar əhaliyə müraciət edib
DYP hava ilə əlaqədar əhaliyə müraciət edib şəkil
DYP hava ilə əlaqədar əhaliyə müraciət edib

Həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı Baş DYP İdarəsinin ​ yol ​ hərəkəti iştirakçılarına müraciət edib.

Baş DYP İdarəsindən "Operativ Media" ya verilən xəbərə görə, hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün​ digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan​ sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb