10 Dekabr 2023, 12:23
Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var
Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var şəkil
Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var

Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi ilə bağlı yaralanan İbadova Lyudmila üzün və hər iki əlin termik yanığı ilə mərkəzə yerləşdirilib, vəziyyəti stabildir.

"Operativ Media" xəbər verir ki, bu barədə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzindən bildirilib.

***

10:52

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb.

Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq