Qazaxıstan Aktau limanından neft ixracını 50% artırıb

Nərmin Qocamanlı
Qazaxıstan Aktau limanından neft ixracını 50% artırıb

Qazaxıstanın Aktau limanından yanvar-noyabr aylarında 3 milyon 62 min ton yük daşınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Xəzər dənizin Qazaxıstan sektorunda yerləşən "Tengiz" yatağından Bakı limanı istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son ildə 205 min tondan 1 milyon 238 min tona qədər artıb.

Bildirilir ki, bu ilin 11 ayında Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 62 min ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 % çoxdur.

Bundan əlavə, hesabat dövründə Aktau limanından Rusiyanın Mahaçqala limanına 1 milyon 824 min ton neft göndərilib.

 

Digər xəbərlər