Dünyanın ən populyar 10 smartfonu açıqlanıb
Redaksiya
“Counterpoint Research” analitikləri 2023-cü ilin üçüncü rübü, yəni iyul-sentyabr aylarında dünya bazarında ən çox satılan smartfonların reytinqini tərtib edib.
"Operativ Media" xəbər verir ki, məlumatlar digər rüblər və ötən ilin eyni dövrü ilə müqayisə edilib.
"Apple" smartfonları dəyişmədən lider olaraq qalır. Ardıcıl üçüncü rübdür ki, "iPhone 14"ün müxtəlif modelləri ilk üçlüyü tutur. Dördüncü yeri də "Apple"ə məxsus "iPhone 13" tutur.
Siyahıya bir çox "Samsung Galaxy" modelləri də daxildir. Cədvəldə seçilən "Redmi 12C" top-10-da 9-cu yeri tutub.
Analitiklərin fikrincə, ilk 10 model üçüncü rübdə bütün smartfon satışlarının 19 faizini təşkil edib ki, bu da illik müqayisədə bir faiz azalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net