Tez-tez zəlzələ olan Xəzərdə sunami təhlükəsi varmı?
Redaksiya
Son vaxtlar Xəzər dənizində tez-tez zəlzələlər qeydə alınır. Zəlzələlərin hiss edilməsi və maqnitudası zəif olsa da çoxlarını bir sual düşündürür: Əgər Xəzərdə böyük zəlzələ baş verərsə, sunami ola bilərmi?
Mövzu ilə əlaqədar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Operativ Media"ya açıqlama verib. O qeyd edib ki, Xəzərdəki zələlələrin sunamiyə çevrilmə ehtimalı yoxdur:

"Xəzərdə baş verən zəlzələlər ancaq sahili yuya bilər. Amma Yaponiya, İndoneziyadakı kimi olmağı mümkün deyil. Çünki Xəzər qapalı hövzədir. Lap güclü zəlzələlər dərində olur, o da hiss olunmayan zəlzələlərdir. Bu gün 47 km dərinlikdə 3,4 bal gücündə bir zəlzələ olub. O nə sunami yarada bilər?!".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net