"Bakubus": Avtobusu yarı yolda saxlayaraq taksi ilə başqa yerə yollanan sürücü işindən azad olunub
Redaksiya
Ötən gün sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.
"Operativ Media"nın xəbərinə görə, bu barədə "Bakubus" MMC məlumat yayıb.
"Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq", - qurumdan bildirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma