Menyu

ETX: Dövlət orqanlarına qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirilir

Nərmin Qocamanlı
ETX: Dövlət orqanlarına qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirilir

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunub.

"Operativ Media" Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilir. Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər