13 Dekabr 2023, 12:23
Azərbaycan bu həftə Rusiyaya yumurta tədarükünə başlayacaq
"Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi idxal tədarükü ilə əlaqədar gələn ayda toyuq yumurtasının qiymətlərinin stabilləşəcəyini gözləyir".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, Türkiyədən isə yaxın gələcəkdə gözlənilir . Nəticədə yaxın ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır", - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Gömrük və Tarif Tənzimlənməsi üzrə Alt Komitə Rusiya Federasiyasına 1,2 milyard yumurta idxalı üçün gömrük rüsumunun sıfırlanmasını təsdiqləyib. Bu tədbir 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacaq.