Menyu

Yeni ili Bakının məşhur hotellərində keçirmək neçiyə başa gəlir?

Redaksiya 18671 baxış
Yeni ili Bakının məşhur hotellərində keçirmək neçiyə başa gəlir?

Dekabrın 31-nə müddət az qaldığından yeni ili ölkədə keçirənlər də məkan axtarışındadırlar. Restoranlar, bölgələrdəki hotellər demək olar ki, dolub. Paytaxt özü də yeni ilə hazırlaşır. Hər il olduğu kimi bu il də yeni ili paytaxtın məşhur hotellərində keçirmək istəyənlər az deyil.

“Operativ Media” paytaxtın məşhur hotellərində yeni il gecəsi üçün qiymətləri araşdırıb.

Yeni ili paytaxtın ən hündür yerindən qarşılamaq istəyənlər “Flame Towers”ə üz tuturlar. Htel yeni il gecəsi üçün xüsusi paket təklif edir. Canlı musiqi və xüsusi menyu üçün bir nəfərlik qiymət 280 manatdır. Qiymətə spirtli içkilər daxil deyil. Əlavə 60 manat ödəməklə yerli spirtli içkilərədən istifadə etmək mümkündür.

Fairmont Baku, Flame Towers, Bakü – Güncel 2023 Fiyatları

“JW Marriott Absheron” hoteldə yeni il şənliyi saat 8-dən başlayır. 290 manatlıq paketə İtalyan, Avropa mətbəxi daxil olsa da, alkoqollu içkilər daxil deyil. Əlavə içki paketi 140 manatdır. Bununla yanaşı canlı musiqi, uşaqlar üçün klonlar və şou da gecə üçün xüsusi hazırlanıb.

5 Star Hotel Rooms & Luxury Suites | JW Marriott Absheron Baku

"Hilton" hotel hər bir restoranı üçün ayrıca paket təklif edir. Yeni ili “Hilton”un birinci mərtəbəsində qarşılamaq istəyənlər 179 manat ödəməlidirlər. 24-cü mərtəbədəki restoranın qiyməti isə adambaşı 279 manatdır. Gecənin atəşfəşanlığının Xəzərin mavi sularını necə aydınlatmağını görmək istəyənlər isə 379 manatı ödəyərək keçməlidilər ən yuxarı başa.

“Hilton” hotelin son mərtəbəsində alkoqollu içkilər daxil olmayan paketin qiyməti 379 manatdır.

HILTON BAKU (Baku, Azerbaycan) - Otel Yorumları ve Fiyat Karşılaştırması -  Tripadvisor

Xarici ölkə rəhbərlərinin də seçimi olan “Four Seasons Hotel Baku” yeni ili qarşılamaq istəyənlər üçün 3 təklifi var. 280 manat alkoqolsuz paketə yemək, şou və əyləncə daxildir. 150 manat əlavə ödəməklə alkoqollu içkiləri də qəbul etmək olar.

“Segah” zalında yeni il mərasiminin qiyməti 380 manat və əlavə içki üçün 175 manatdır.

Gecəni əyləncəli rəqs və yüngül qəlyanaltılarla davam etdirmək istəyənlər isə saat 3-ə qədər açıq olan “Bently Bar”a üz tuta bilərlər. 140 manata bütün içkilər əlavə 60 manata isə məzələrdən istifadə etmək mümkündür.

Four Seasons Hotel Baku, Bakü – Güncel 2023 Fiyatları

Teqlər:

"Yeni ili Bak\u0131n\u0131n m\u0259\u015fhur hotell\u0259rind\u0259 ke\u00e7irm\u0259k ne\u00e7iy\u0259 ba\u015fa g\u0259lir?"

Əlaqəli Xəbərlər