http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Şahdəniz”dən indiyədək 146 mlrd. kubmetrdən artıq qaz ixrac olunub

13 Dekabr 2023 , 14:42
“Şahdəniz”dən indiyədək 146 mlrd. kubmetrdən artıq qaz ixrac olunub

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək burada 421,9 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, hesabat dövründə AŞG-dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 mlrd. kubmetri ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2023-cü ilin yanvar- noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 11,7 mlrd. kubmetri AÇG-dən, 24 mlrd. kubmetri “Şahdəniz”dən, 0,6 mlrd. kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 mlrd. kubmetr artımla qaz hasil edilib.

“Hesabat dövründə xaricə qaz satışı 22,05 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Menyu