http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycandan Çinə quş ətinin ixracına icazə verildi

13 Dekabr 2023 , 17:57
Azərbaycandan Çinə quş ətinin ixracına icazə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

Bu barədə "Operativ Media"ya AQTA-dan məlumat verilib.

Agentlik Çinin müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan ərazisində epizootoloji monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi, məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə təqdim olunub.

Həmçinin AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə heyəti arasında 2023-cü il 18 may tarixində fitosanitar və baytarlıq nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr aparılıb, 19 may tarixində isə Çinə quş əti idxalına maraqlı olan idxalçıları ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və 5 quşçuluq təsərrüfatına baxış keçirilib.

Çinin Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas götürərək Azərbaycanın bütün ərazisində yüksək patogen quş qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da, Çinin müvafiq qurumunun 2006-cı il 619 saylı qərarı ləğv edilib.

Yeni qərara əsasən, Çİnin qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına dekabrın 8-dən etibarən icazə verilir.

Sahibkarların diqqətinə çatdırırıq ki, Çinə quş əti və digər quşçuluq məhsullarının ixracı, eyni zamanda müqabil ölkənin qida təhlükəsizliyi üzrə qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki köməklik üçün Agentliyə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Menyu