Qazaxıstan COP29-un keçirilməsi ilə bağlı Azərbaycana köməklik göstərməyə hazır olduğunu bəyan edir
Qazaxıstan dövlətinin başçısı Kasım Comart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik teleqramı göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"COP29-un ölkənizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun, Azərbaycanın mütərəqqi siyasətinin tanınmasının və qlobal iqlim gündəliyinin yüksək məqsədlərinə sadiqliyinin bariz göstəricisidir. Əminəm ki, bu irimiqyaslı forumun gözəl Bakıda təşkili Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə, dövrümüzün ən aktual problemlərinin həllinə töhfə verəcək, dünya ictimaiyyətinin diqqətini cəlb edəcəkdir".
Tokayev bildirib ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.