Laçında daha 20 ailəyə evlərin açarları təqdim olunub

Nərmin Qocamanlı
Laçında daha 20 ailəyə evlərin açarları təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan 20 ailəyə evlərinin açarları təqdim olunub.

"Operativ Media"xəbər verir ki, bununla əlaqədar keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

 

Digər xəbərlər