15 Dekabr 2023, 10:09
Kənd təsərrüfatı naziri Salyanda qəbul keçirəcək

Dekabrın 22-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-317-58-00) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.