Menyu

FHN-nin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Nərmin Qocamanlı
FHN-nin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2023-cü il".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər