Menyu

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları pulu və qızılı sahibinə verdilər (VİDEO)

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları pulu və qızılı sahibinə verdilər (VİDEO)
1 dəq oxu

Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər