16 Dekabr 2023, 11:39
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib şəkil
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

"Operativ Media"xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciətində deyilir.

Bildirilib ki, son günlər müşahidə olunan yağmurlu hava şəraitini nəzərə alaraq, avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır:

"Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur".

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır