MİDA-nın aparat rəhbəri: Güzəştli mənzil əldə etmək üçün 6 mindən çox vətəndaş müraciət edib
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri üzrə güzəştli mənzillərin seçimi üçün müraciət edən vətəndaşların ayı 6 mindən çox olub.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı deyib.
O bildirib ki, bu gün ümumilikdə 432 mənzilin seçimi baş tutub. Son göstəricilərə əsasən 387 mənzilin seçim ərizəsi təqdim edilib. Seçim edən digər vətəndaşlar isə ərizələrini növbəti günü sonuna kimi təqdim etməlidir.
Fərman Qurbanlı əlavə edib ki, seçim prosesi zamanı əyani olaraq hər hansı bir müdaxilə müşahidə edilməyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma