
"Sosial mediadan görsənir ki , yenə də narazılıqlar yetərincədir"-bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz "Facebook" hesabında yazıb
Osman Gündüz qeyd edib ki, mənzillərin seçimi prosesi DTX, XRİTDX, RİNN, İRİA və AzİnTelecom tərəfindən müşahidə edilib.
"MİDA rəsmiləri “Güzəştli mənzil” sisteminə edilən əlavə təhlükəsizlik tədbirlərini media nümayəndələrinə əyani olaraq nümayiş etdirib. Gözlənildiyi kimi, MİDA-nın bu dəfəki sürprizi CAPTCHA-nın yeni forması ilə bağlı olub. Sosial mediadan görsənir ki , yenə də narazılıqlar yetərincədir. Maraqlıdır ki, MİDA bu dəfə prosesi izləmək üçün yalnız dövlət sektorunun iştirakına üstünlük verib. Belə görünür ki, MİDA şəffaflıq və ictimai nəzarət imkanlarını tam minimuma endirib. Yenə də canlı yayım təşkil etməyib. Maraqlıdır ki, bu dəfə ilk mənzilin hansı müddətdə seçilməsi haqqında açıqlama olmayıb. Yenə də seçim prosesinin vahid bir ekrandan deyil, 30-40 ekrandan görüntüsü verilib. Hansı ki, bunun ictimai nəzarət və müşahidə baxımından hər hansı bir əhəmiyyəti yoxdur. Sistemin müstəqil auditinin fəaliyyəti dayandırıldıqdan sonra bu prosesi kimin icra etməsi açıqlanmayıb. Alternativ satışla bağlı hökümətin təşəbbüsləri haqqında məlumatlar yoxdur" deyə Osman Gündüz qeyd edib.