Fransa xarici işlər naziri Yaxın Şərqdə təcili humanitar atəşkəsə çağırıb
Fransanın xarici işlər naziri Ketrin Kolonna İsrailə səfər edib və burada həmkarı Eli Koen ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə fransalı diplomat özünün "X" hesabında paylaşım edib.
"Nazir Koenlə görüşdə Fransanın terrorizmlə mübarizədə İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqlədim", - Kolonna qeyd edib.
O, həmçinin girovları azad etmək və mülki insanlara yardım çatdırmaq üçün Qəzzada humanitar atəşkəsə təcili ehtiyac olduğunu bildirib.
Bundan əlavə, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri münaqişənin gərginləşməsinin qarşısını almaq üçün bütün resurslardan istifadə etməyin zəruriliyini bəyan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net