18 Dekabr 2023, 17:47
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Azərbaycan gələn il fevralın 22-24-də Hindistanın Yeni Dehli şəhərində keçiriləcək Cənubi Asiyada Səyahət və Turizm Mübadiləsi (South Asia Travel and Tourism Exchange - SATTE) beynəlxalq turizm sərgisində iştirak edəcək.
"Operativ Media"ya bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
SATTE Asiyanın aparıcı səyahət və turizm sərgisi kimi tanınır. Tədbirdə 50-dən çox ölkənin turizm şuralarının iştirakı gözlənilir.