Menyu

Litva XİN rəhbəri “Sabah” – “Barselona” oyununda Azərbaycan klubuna azarkeşlik edəcək

Nərmin Qocamanlı
Litva XİN rəhbəri “Sabah” – “Barselona” oyununda Azərbaycan klubuna azarkeşlik edəcək
1 dəq oxu

Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam “Sabah” futbol klubuna azarkeşlik edəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bunu Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu axşam Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının V turu çərçivəsində “Sabah”ın “Barselona” ilə oyununu izləyəcək.

“Mən Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm”, - deyə nazir qeyd edib.

Əlaqəli Xəbərlər