18 Dekabr 2023, 18:09
SOCAR-da neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib
SOCAR-da neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib şəkil
SOCAR-da neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Türkiyənin terror və təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Fahri Erenel və Abdulla Ağar tərəfindən neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib.

"Operativ Media" nın SOCAR-a istinadən verdiyi məlumata görə, seminarda risklərin düzgün qiymətləndirilməsi, gələcək təhdidlərin vaxtında aşkar edilərək aradan qaldırılması və texnoloji təhlükəsizlik sistemləri barədə məlumat verilib.

Tədbirdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin, “SOCAR Downstream Management” MMC-nin, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Seminar çərçivəsində, həmçinin “SOCAR Türkiyə” və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) təhlükəsizlik xidməti üzrə rəhbər heyəti neft sənayesi obyektlərinin mühafizəsi ilə bağlı təcrübələrini bölüşüblər.

Növbəti gün seminar iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil olunub. SOCAR-ın 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri və müharibə iştirakçıları da səfərdə iştirak ediblər. Şuşanın zəngin tarixi, mədəni irsi, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasının qarşısında və şəhərin digər ərazilərində aparılan quruculuq və bərpa işləri ilə tanış olan səfər iştirakçıları, həmçinin Cıdır düzündə olub, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Səfər müddətində şəhidlərin və qəhrəman ordumuzun keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb