Ana səhifə / Dünya / Banqladeşdə sərnişin qatarı yandırılıb Banqladeşdə sərnişin qatarı yandırılıb 20.12.2023, 10:43 Nərmin Qocamanlı Banqladeşdə etirazçılar içərisində ana və uşağın da olduğu qatarın vaqonlarını yandırıblar. “Operativ Media” "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər yanaraq həyatını itirib. Məlumata görə, 3 yaşlı uşağın cansız bədəni anası ilə bir yerdə tapılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, etirazçılar gələn ay keçiriləcək ümumi seçkilər ərəfəsində hökumətin istefaya getməsini tələb edirlər. Teqlər: "Banqlade\u015fd\u0259 s\u0259rni\u015fin qatar\u0131 yand\u0131r\u0131l\u0131b"