20 Dekabr 2023, 16:54
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib şəkil
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, iclasda işçi qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sosial-iqtisadi inkişaf Strategiyası üzrə həyata keçirilən tədbirlərin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. İşçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu layihələr üzrə görülmüş işlər diqqətə çatdırılıb.

İclasda işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə işlərin icrası ilə bağlı qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb. İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Səhiyyə nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatları dinlənilib və işlərin icrası ilə bağlı təkliflər verilib.

İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, eyni zamanda gələcək planlar barədə danışıb.

İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb