http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyənin ticarət naziri “Bakı KOB evi”ni ziyarət edib

20 Dekabr 2023 , 20:40
Türkiyənin ticarət naziri “Bakı KOB evi”ni ziyarət edib

Azərbaycana səfəri çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub, burada sahibkarlara vahid məkanda xidmətlərin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

"Operativ Media" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə nümayəndə heyətinə KOB evi konsepsiyası, məqsədləri, KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat veriblər.

Qeyd edilib ki, biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən KOBİA-nın tərkibində KOB evləri yaradılıb. KOB evlərinin məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

KOB evi ilə tanışlıq zamanı həmçinin, dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlərin göstərilməsinə, bu sahədə müasir texnologiya və innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti öz növbəsində “Bakı KOB evi” təcrübəsinin onlarda müsbət təəssürat yaratdığını bildirib.

OXŞAR XƏBƏRLƏR
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

 COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri müzakirə edilib

 COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri müzakirə edilib

XƏBƏR LENTİ
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
Menyu