http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda 500 dollardan çox valyuta dəyişənlərdən sənəd tələb olunacaq

25 Dekabr 2023 , 16:57
Azərbaycanda 500 dollardan çox valyuta dəyişənlərdən sənəd tələb olunacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, qərara əsasən, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.

Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində (I qrup zona), iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar (II qrup zona) və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində (III qrup zona) təşkil oluna bilər.

Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 min manatdan və ya ekvivalentindən 200 min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə, bundan daha çox pul vəsaitinin təhlükəsiz daşınması silahlı mühafizə ilə təmin edilməklə inkassasiya xidməti göstərən şəxslər tərəfindən həyata keçiriləcək.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev Afrikaya həsr edilmiş Zirvə toplantısında iştirak edib

Muxtar Babayev Afrikaya həsr edilmiş Zirvə toplantısında iştirak edib

"Temu" bazarda öz yerini tutmuş digər platformaları üstələyə bilər?

"Temu" bazarda öz yerini tutmuş digər platformaları üstələyə bilər?

Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib

XƏBƏR LENTİ
  • 17:18

    Macarıstan AÇ-2024 üçün iştirak ərizəsini açıqlayıb
  • 17:10

    Bələdiyyə sədri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib
  • 16:48

    Muxtar Babayev Afrikaya həsr edilmiş Zirvə toplantısında iştirak edib
  • 16:43

    Lənkəranda ahıl kişini talayan şəxs tutulub
  • 16:33

    "Temu" bazarda öz yerini tutmuş digər platformaları üstələyə bilər?
  • 16:30

    Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
  • 16:18

    Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
  • 16:14

    Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Menyu