http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AMB valyuta mübadiləsi məntəqələrinə 6 ay vaxt verib

26 Dekabr 2023 , 19:32
AMB valyuta mübadiləsi məntəqələrinə 6 ay vaxt verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən 5 valyuta mübadiləsi məntəqəsinə minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi üçün 6 ay vaxt verib.

"Operativ Media" bu barədə AMB-yə istinadən xəbər verir ki, bu tələblər dekabrın 23-də qüvvəyə minmiş “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması” və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”də müəyyən olunub.

"Dəyişikliklərin əsas məqsədi valyuta mübadiləsi əməliyyatlarının daha institusional, təşkilatlanmış və təhlükəsiz qaydada həyata keçirilməsi üçün hüquqi bazanın yaradılmasından ibarətdir. Qanunvericiliyə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısının yalnız nağd qaydada və fiziki şəxs müştərilərin sifarişi ilə həyata keçirilməsi mümkündür.

Yeni tələblərə əsasən, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılıb, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri minimal səviyyədə müəyyən edilib. Həmçinin, girov vəsaitinə dair tələblər də yenilənərək, minimum nizamnamə kapitalının 10 %-i məbləğində müəyyən edilib", - məlumatda deyilir.

Bundan əlavə, Qayda ilə valyuta mübadilə məntəqələri üzrə təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri yenilənmiş, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramları üzrə əlavə tələb irəli sürülüb, digər bir sıra yeni tələblər müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR
Türkiyə dövlət qurumları üçün inflyasiyaya qarşı sərt qənaət tədbirləri həyata keçirəcək

Türkiyə dövlət qurumları üçün inflyasiyaya qarşı sərt qənaət tədbirləri həyata keçirəcək

Qaluşenko: Münaqişə başlayandan Ukraynanın enerji sisteminə ciddi ziyan dəyib

Qaluşenko: Münaqişə başlayandan Ukraynanın enerji sisteminə ciddi ziyan dəyib

Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

Bakıda "Təchizat Zənciri Liderləri Zirvəsi" öz işinə başlayıb

XƏBƏR LENTİ
  • Dünən
    23:18

    Şolts: Almaniyada hərbi məhsulların istehsalının artırılması zəruridir
  • Dünən
    23:02

    Azərbaycan və Ukrayna XİN başçıları əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
    Azərbaycan və Ukrayna XİN başçıları əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
  • Dünən
    22:48

    Bakıda beşmərtəbəli yaşayış binası yanıb
  • Dünən
    22:39

    Avropa İnvestisiya Bankı Avropa müdafiə sənayesini maliyyələşdirmək niyyətindədir
  • Dünən
    22:12

    Yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
    Yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
  • Dünən
    22:04

    Vanq Yi: Çin və Cənubi Koreya ikitərəfli münasibətlərdə çətinliklərlə üzləşib
  • Dünən
    21:49

    Vuçiç: Serbiya səfiri tezliklə Kiyevə qayıdacaq
  • Dünən
    21:34

    Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb
Menyu