http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib

28 Dekabr 2023 , 19:24
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb.

“Operativ Media” SOCAR-a istinadən xəbər verir ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.

“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.

Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.

OXŞAR XƏBƏRLƏR
"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,5%-ə yaxındır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,5%-ə yaxındır

XƏBƏR LENTİ
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
Menyu