TAP vasitəsilə qaz ixracının həcmi açıqlanıb

admin
TAP vasitəsilə qaz ixracının həcmi açıqlanıb

İndiyədək Azərbaycandan Avropaya Trans-Adriatik Boru Xətti (TAP) vasitəsilə 31 mlrd kubmetrdən çox qaz tədarük olunub.

“Operativ Media” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkədə məlumat verib.

"Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından üç il ötür. Bu müddətdə TAP-la Avropaya 31 mlrd kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 11,8 mlrd kubmetr qaz ixrac edilib", - məlumatda qeyd edilib.

Digər xəbərlər