Rusiya altı ay ərzində toyuq yumurtasının idxal rüsumunu sıfırlayıb

Redaksiya
Rusiya altı ay ərzində toyuq yumurtasının idxal rüsumunu sıfırlayıb

Yanvarın 1-dən Rusiya 1,2 milyard ədədə qədər idxal edilən toyuq yumurtası üçün idxal rüsumunu sıfırlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qərar 30 iyul 2024-cü il tarixinədək qüvvədə olacaq. Sənəddə bildirilir ki, bununla qiymətləri sabitləşdirmək planlaşdırılır.

Qərarda məhsulların rüsumsuz idxalına dair sənədlərin verilməsi qaydası da təsdiq edilir. Proses müvafiq təşəbbüslə çıxış edən Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tənzimlənəcək.

Digər xəbərlər