http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu hallarda əmanətlərə vergi güzəşti tətbiq olunacaq

01 Yanvar 2024 , 23:44
Bu hallarda əmanətlərə vergi güzəşti tətbiq olunacaq

Bu gündən əmanətlərə iki halda vergi güzəşti tətbiq olunacaq.

“Operativ Media” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olub və qeyd edilən bu müddət 2023-cü il 1 fevral tarixində bitib. Həmin tarixdən etibarən əmanətlər üzrə faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması həyata keçirilir.

Qanuna əsasən, fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin onlara məxsus olan kapital gəlirləri olması nəzərə alınmaqla, faiz gəlirlərinin milli və ya xarici valyutada olmasından asılı olmayaraq, banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla belə, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad edilib.

Eyni zamanda, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azad edilib.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR
MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

Naxçıvandan Türkiyəyə ixracın həcmi 28 faiz artıb

Naxçıvandan Türkiyəyə ixracın həcmi 28 faiz artıb

XƏBƏR LENTİ
  • 21:51

    Almaniya kansleri xarici agentlər haqqında qanunu tənqid edib
  • 21:37

    Çin hələ də ABŞ-nin silahlara nəzarət təkliflərinə cavab verməyib
  • 21:22

    Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
  • 21:19

    I Liqa: "Karvan" qələbə qazandı, MOİK heç-heçə etdi
  • 21:08

    Bayden və Tramp CNN-də debatına razılaşıblar
  • 20:53

    Slovakiya parlamenti baş nazirə sui-qəsddən sonra iclaslarını təxirə salıb
  • 20:38

    Ukrayna MDB-nin silahlı və strateji qüvvələrə dair müqavilələrindən çıxıb
  • 20:24

    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
Menyu