Bütün mərkəzi Asiya, MDB ölkələrində inşaat bazarında canlanma müşahidə olunur.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı deyib.
Ş.Sarı bildirib ki, ilk növbədə Azərbaycan MDB dövlətləri arasında öz liderliyini qoruyub saxlayır.
"Əsasən SPECA ölkələri başda olmaqla Azərbaycanın tikinti materiallarını ixrac edə biləcəyi bir çox ölkələr mövcuddur. Biz sentyabr ayında Qazaxıstanda baş tutuacaq sərgidə iştirak edəcəyik, orada Azərbaycan stendi qurulacaq. Özbəkistan, Türkmənistan, Rusiyada da oxşar tədbirlərdə iştirakı planlayırıq. Digər ölkələrə də ixrac imkanlarının genişləndirilməsi üçün sistemli işlər davam edir", - deyə baş katib əlavə edib.






